Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi ölkə ordusundakı dindar müsəlmanlarla bağlı bəzi təkliflər hazırlayıb.
Az.shafaqna.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı dünən 3 martda Yekaterinburqda Rusiya Müsəlmanları Ruhani İdarəsinin Sverdlovsk üzrə sədri müfti Abdul Quddus Aşarin ilə Mərkəzi Qərargahın inanclılarla iş üzrə rəisi Konstantin Falkov görüşüb.
Görüş zamanı Sverdlovsk əyalətinin Rusiya Müsəlmanları Ruhani İdarəsi və hərbçilərilə əməkdaşlıq müzakirə olunub, birlikdə hazırlanacaq plan haqqında danışılıb.
Abdul Quddus Aşarin öz müavini Nail Həkimovu Rusiya SQ-nin Mərkəzi Dairəsində hərbi hissələrində xidmət edən hərbiçi müsəlman dindarlarla iş üzrə məsul şəxs təyin edilməsini təklif edib.
Dünən həmçinin müfti Rusiya SQ-nin Mərkəzi Dairəsinin hərbi-siyasi məsələlər üzrə rəisi General Mayor Rüstəm Minnekayevlə də görüşüb. Görüş zamanı Müftilik ilə SQ-in Mərkəzi Dairəsinin Qərargahı arasında müsəlman dindar müsəlmanlarla bağlı əməkdaşlıq haqqında razılığa gəlinib.