Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Yəmən ordusu Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” milli neft şirkəti obyektinə zərbə endirib.

Yəmən ordusunun briqada generalı Yəhya Sari bildirib ki, zərbələr zamanı “Qüds-2” qanadlı raketlərindən istifadə edilib.

Qeyd edilib ki, raket hədəfə yüksək dəqiqliklə dəyib və əməliyyat düşmənin davam edən mühasirəsi və təcavüzünə qarşı Yəmən xalqının təbii və qanuni cavabı olub.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Əvvəlki məqaləMartın 7-də 3254 məktəbli buraxılış imtahanı verəcək
Növbəti məqalədəTürkiyəyə səfər edənlərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb