Qaribaşvili: Vəziyyət pisləşərsə, biz bəzi məhdudiyyətləri bərpa etməli olacağıq

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, son zamanlar yeni yoluxma hallarının azalmasına baxmayaraq önləyici tədbirlərin görülməsi mühümdür.

O qeyd edib ki, vətəndaşları maskadan istifadəsi və dövlətin nəzarəti epidemioloji vəziyyətin pisləşməməsi üçün vacib tədbirlərdir.

Mən bir daha əhaliyə müraciət edirəm, maskadan istifadə məcburidir və bizim hamımız bunun fikrini çəkməliyik. Bildiyiniz kimi, biz məhdudiyyətləri yumşaltdıq. Bütün bu tədbirlər iqtisadiyyatın bərpası və açılması üçündür”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, “digər tərəfdən də, biz unutmamalıyıq ki, əgər vəziyyət pisləşərsə, biz müəyyən məhdudiyyətləri yenidən geri qaytarmaq məcburiyyətində olacağıq”.

Qaribaşvili deyib ki, bunun baş verməməsi üçün elementar tələblərə riayət etmək lazımdır.

Əlbəttə, bu, hökumət tərəfindən də lazımi nəzarəti tələb edir”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş