Üzərində məscid təsvir olunan tablo rekord qiymətə satıldı

Az.shafaqna.com “Sky News”-a istinadən xəbər verir ki ki, Böyük Britaniyanın sabiq baş naziri Vinston Çörçilin çəkdiyi rəsm “Christie`s” hərracında 8,285 milyon funt sterlinqə satılıb.

Tablonun əvvəlki sahibi isə Ancelina Coli olub.

Rəsm əsərində Mərakeşin Mərrakeş şəhərinin ən böyük məscidi olan – Əl-Kutubiyyə təsvir olunub.

Qeyd edilir ki, əsər təxminən edilən ilkin dəyərindən 4 dəfə baha qiymətə satılıb.

Londonda keçirilən hərracda tablonun yeni sahibinin kimliyi isə bəlli deyil.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş