Gürcüstanın vitse-premyeri və Xarici İşlər Naziri Davit Zalkaliani Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində, türk həmkarı Mevlud Çavuşoğlu ilə görüşüb.
Az.shafaqna.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında razılaşmalar, gələcək planlar mzakirə edilib.
Davit Zalkalianinin bildirdiyinə görə, Türkiyə və Gürcüstan münasibətləri üçün çox əhəmiyyətli bir müddətdir və hər iki tərəfin koordinasiyası və region kontekstində bəzi məsələlərlə bağlı razılaşması lazımdır.
“Bildiyiniz kimi, Türkiyə Gürcüstanın Avro-Atlantik kursunun və əraziyi bütövlüyünün ən güclü dəstəkçilərindən biridir. Bununla yanaşı, o bizim əsas strateji və ticari partnyorumuzdur”, – gürcü nazir əlavə edib.
Məlumata görə, görüş zamanı əsas müzakirə mövzusu regionun təhlükəsizlik məsələləri olub.
Görüş zamanı qlobal pandemiya mövzusu və bu müddətdə Türkiyənin Gürcüstana verdiyi dəstək də müzakirə olunub.