Gürcüstan epidemioloqları: Məsləhətlərə əməl edilməzsə…

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan epidemioloqları məhdudiyyətlərin yumşaldılmasının yoluxma sayının artmasına səbəb olmaması üçün ölkə sakinlərini Səhiyyə Nazirliyinin məsləhətlərinə maksimum əməl etməyə səsləyirlər.

Ola bilsin ki, məhdudiyyətlərin ləğvi müəyyən artıma səbəb olacaq. Şəxsən mən həmişə mərhələli ləğvi dəstəkləmişəm və birdəfəlik ləğvdən çəkinməyə səsləmişəm, çünki bu, bizi məhdudiyyətlərə geri dönməyə vadar edə bilər. Əgər minimal qaydalara əməl etsək, qapalı və açıq məkanlarda maska taxsaq, sosial məsafə saxlasaq, o zaman bu tənzimləmələrin ləğvini xətərsiz keçirəcəyik və yenidən lokdauna geri dönmək lazım olmayacaq”, – deyə Tsertsvadze bildirib.

Professor Maka Buleişvili də hesab edir ki, məhdudiyyətlərin ləğvi ölkədəki epidemioloji vəziyyəti pisləşdirə bilər.

Bunu heç kəs istisna etmir. Bu, məsləhətlərə nə dərəcədə cidd əməl ediləcəyindən asılıdır. Məsləhətlərə əməl edilərsə, biz bu sabit epidemiloji vəziyəti vaksinasiya başlayanadək saxlaya bilərik”, – deyə Buleişvili qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş