Gürcüstan XİN başçısı Türkiyəyə səfərə gedib

Gürcüstan XİN başçısı David Zalkaliani Türkiyəyə rəsmi səfərə gedib.

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan XİN mətbuat xidmətinin məlumatına görə, Zalkaliani səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək, görüşdən sonra KİV-ə açıqlma verəcəklər.

Zalkaliani həmçinin səfər zamanı Türkiyənin vitse prezidenti Fuad Oktay ilə də görüşəcək.

Gürcüstan XİN başçısı Ankarada Atatürkün məzarına gül qoyacağı da qeyd olunur.

Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələr 21 may 1992-cü ildə bərpa olunub.

Bu məqaləni paylaş