Əfv Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşdi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

“Az.shafaqna.com”un əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısının martın 4-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyada 550-dən çox müraciətə baxılıb.

 

Bu məqaləni paylaş