Az.shafaqna.com xatırladır ki, bu gün 1986-cı ildə Beynəlxalq PEN klubunun qərarı ilə təsis edilib. PEN klubunun yaradılması ideyası isə XX əsrin əvvəlində meydana gəlib. Həmin təşəbbüs ingilis yazıcıları Con Qolsuorsi və Ketrin Douson-Skottun 1921-ci ildə Londonda göstərdikləri səylər nəticəsində həyata keçirilib. Təşkilatın adı ingilis sözləri olan Poets-şairlər, Essayists-oçerk yazanlar, Novelists-romançılar kəlmələrinin baş hərflərindən götürülüb.
Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Hazırda Dünya Yazıçı Günü bir çox ölkələrdə qeyd olunur. Bayram tədbirlərində ədəbiyyat sahəsində çalışan, həmçinin ədəbi yaradıcılığı qiymətləndirən ədəbi birliklər, yazıçılar, kulturoloqlar, tənqidçilər, müəllimlər, jurnalistlər, ali təhsil müəssisələrinin filologiya fakültələrinin tələbələri və məzunları iştirak edirlər.