
Az.shafaqna.com BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müstəqilliyinin qorunub saxlanılmasının mühümlüyü haqda danışıb.
“İndi olduqca təhlükəli məqamdır, bizim sizinlə birlikdə yaratdıqlarımızı itirmək olmaz. Olmaz! Bu əsasdır. Bu torpaq parçasını qoruyub saxlamalı və heç kəsə verməməliyik”, – deyə o bildirib.
“Heç bir qorxu yoxdur, heç bir fəlakət yoxdur, lakin əclaflar bilməlidirlər ki, biz hər zaman suveren və müstəqil olacağıq və öz övladlarımızla bu torpaqda yaşayacağıq”, – deyə o əlavə edib.
Lukaşenko sürətli islahatlar vəd edənlərə inanmamağı məsləhət görüb.
Xatırladaq ki, Belarusda 9 avqust tarixində prezident seçkiləri keçiriləcək.






























