“Fuzuli Airport” MMC dövlət qeydiyyatına alındı

Azərbaycanda nizamnamə kapitalı 35 milyon 350 manat olan “Fuzuli Airport” MMC dövlət qeydiyyatına alıb.

Az.shafaqna.com-un məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fuzuli Airport” MMC-ni 2021-ci il yanvarın 28-də dövlət qeydiyyatına alıb.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Füzuli şəhərində hava limanının təməlini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2,8 min metr olacaq hava limanının payızın əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub.

“Fuzuli Airport” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21 ünvanıdır.

Bu məqaləni paylaş