Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Dubayda yerləşən “Ailuromania” adlı pişik kafesi Yaxın Şərqin ilk belə kafesi oldu.
Məkan sahibləri hesab edirlər ki, pişiklərin ziyarətçilərə bəxş etdiyi rahatlıq və xoşbəxtlik müştəri cəlb etməklə yanaşı, ev heyvanları üçün sahib tapmağa da kömək olacaq.
“Əgər siz stress keçirirsinizsə, sadəcə olaraq pişik saxlamağa başlayın. Bu, sizin vəziyyətinizi rahatladacaq”, – deyə Omniyə Fərid bildirib. O, universiteti bitirdikdən sonra bacıları ilə birlikdə bu kafeni açıb. Onun ilham mənbəyi isə Koreya və Britaniyadakı oxşar məkanlar olub.
Əvvəl-əvvəl kafenin ilk sakinləri sahibsiz heyvanlar olub. İndi isə “Ailuromania” qonşi Ras-əl-Heyma əmirliyində yerləşən dövlətin heyvan sığınacaqlarından da pişikləri qəbul edir və onlar üçün sahib tapacağına ümid.
Dubayda çox sayda sahibsiz pişiklər var. Onların bəziləri isə sahibləri tərəfindən atılmış pişiklərdir. 2018-ci ildən BƏƏ-dən ev heyvanlarından imtina qeyri-qanuni sayılır. Heyvanlara qarşı istənilən sərt rəftar cərimə və ya həbs cəzasına səbəb ola bilər. Ev heyvanlarından imtina isə sərt rəftar kimi səciyyələndirilir və qanunla təqib olunur.



