
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Azərbaycan və Ermənistan səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyan ilə görüşüb.
Görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdirilməsi məsələləri müzakirə edilib.
Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin başçılığı ilə Azərbaycanın işğal edilmiş əraziləri üzrə səylərin aktivləşdirilməsinin perspektivi də müzakirə mövzusu olub.






























