Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Çavuşoğlu şəxsi tvitter hesabında bildirib.
O qeyd edib ki, işğal müddətində Dağlıq Qarabağda ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün Türkiyə hər cür dəstəyi verəcək:
“UNESCO daxil olmaqla beynəxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsində arxasındayıq”.
📌Can #Azerbaycan’ın Kültür Bakanı @Anar_Karim’le görüştük.
📌İşgalde hasar gören #YukarıKarabağ’daki Azerbaycan kültürel mirasının restorasyonu için her türlü desteği vereceğiz.
📌#UNESCO başta olmak üzere uluslararası platformlarda haklı davasının arkasındayız. 🇹🇷🇦🇿 pic.twitter.com/S9iU9cHewO— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 2, 2021