Gürcüstanda səfərdə olan Avropa Şurasının prezidenti müxalifətlə iqtidarı barışdıra biləcəkmi?

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda səfərdə olan Avropa Şurasının Prezidenti Şarl Mişel rəsmi görüşlərdən sonra müxlaifətlə iqtidarı barışdarmağa cəhd edib.

O bildirib ki, müxalifətlə iqtidar bazar ertəsi günü axşam biraraya gələcəklər.

Bu açıqlamadan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvilidən açıqlama gəlib.

“Mən Şarl Mişel tərəfindən səsləndirilən gözəl təşəbbüsə müsbət cavab vermək istəyirəm. Açıq bildirmək istəyirəm ki, mən bu görüşdə iştirak etmək istəyirəm. Mən öz komandamız adından deyə bilərək ki, gərginliyin azaldılması və reallığa doğru konkret addımlar atmaq və konstruktiv dialoq üçün əlimizdən gələni edəcəyik. Mən prezidentə (Şarl Mişel) təşəbbüsünə görə, təşəkkür edirəm.”, -deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Qeyd edək ki, Şarl Mişel keçirilən mətbuat konfransında Gürcüstandakı iqtidar-müxalifət arasındakı problemlərdən narahatlığını dilə gətirmişdi.

O “Gürcüstanda dərinləşən siyasi böhrandan çox narahatam. Gürcüstan bu illər ərzində demokratiyaya və uğurlara imza atdı. Baş nazir olduğunuz müddətdə qütbləşmə və böhran, həmkarlarınızın və müxalifət liderlərinin səyləri düzəldilməli, qütbləşmə sona çatmalıdır. Hər hansı bir ölkənin hökuməti liderlik keyfiyyətləri nümayiş etdirməli olduğu kimi, çətinliklərlə də üzləşməli və Gürcüstanın maraqlarına uyğun hərəkət etməlidir. Bütün tərəfləri vəziyyəti pisləşdirməməyə və siyasi dialoq üçün qüvvələri birləşdirməyə çağırıram. Hamını bu gecə görüşməyə dəvət edirəm.”, -deyə bildirmişdi.

Bu məqaləni paylaş