Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Təl-Əvivdəki ilk səfiri vəzifəsinə təyin olunacaq Məhəmməd Mahmud Al Haca İsrailə çatıb.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Al Hacanın etimadnaməsini İsrail prezidenti Reuven Rivlinə təqdim etməsi gözlənilir.
BƏƏ səfirinin ayrıca baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Qabi Aşkenazi ilə də görüş keçirəcəyi bildirilib.
İsrail və BƏƏ arasında 15 sentyabr 2020-ci ildə Ağ evdə keçirilən rsmi mərasimdə “münasibətlərin normallaşması”na dair müqavilələr imzalanmışdı.
Həmin razılaşmadan sonra BƏƏ hökuməti bu ölkənin İsraildəki səfirliyini 24 yanvarda Tel-Əvivdə açmağı qərara almışdı.
İsrail münasibətlərin normallaşdırılmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.