Türkiyənin Hakkari şəhərində terrorçuların hücumu nəticəsində 2 əsgər qətlə yetirilib.

Az.shafaqna.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, terrorçuların hərbi bazaya uzaq məsafədən raket mərmilərilə hücumu nəticəsində yaralanan iki əsgərin xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Açıqlamada bölgədə aşkarlanan hədəflərin “ATAK” helikopterləri, silahlı pilotsuz uçuş aparatları (SPUA) və atəş dəstək vasitələrilə dərhal cavab atəşilə susdurulduğu vurğulanıb.

Həmçinin Türkiyə Valiliyi PKK-ya qarşı əməliyyatla bağlı başqa məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyənin Hakkari vilayətinin ərazilərində terror təşkilatı PKK-ya məxsus silah, döyüş sursatı və partlayıcı maddə istehsalında istifadə olunan materiallar ələ keçirilib.
Qeyd olunur ki, Vilayət Jandarma Komandanlığının təşkil etdiyi “Yıldırım-2 Silo” əməliyyatı çərçivəsində Yüksekova rayonunun Kolbaşı kəndində PKK terrorçuları tərəfindən istifadə olunan 2 sığınacaq yer aşkarlayıb.
Sığınacaqda silah, döyüş sursatı və partlayıcı maddə istehsalında istifadə olunan materiallar ələ keçirilib.