
Az.shafaqna.com AFP-a istinadən xəbər verir ki, əfqanıstanlı qızı “Taliban” terrorçularının valideynlərinin qisasını alıb.
İnsident Qor əyalətinin kəndlərinin birində baş verib. Terrorçular 14 yaşlı Kamar Gül adlı qızın yaşadığı evə soxulublar. “Taliban” üzvləri hökumətə dəstək verdiyi üçün qızın atasını axtarırdı. Onlar ailə başçısını evdən çıxarıb qətlə yetiriblər. Ərini qorumağa çalışan qadın da terrorçular tərəfindən qətlə yetirilib.
Bu zaman evdə olan Kamar ailəsinə məxsus AK-47 avtomatını götürərək 2 terrorçunu məhv edib, daha bir neçəsini də yaralayıb.
Qor qubernatorunun rəsmisi bildirib ki, hazırda Kamar və onun kiçik qardaşı “daha təhlükəsiz yerə aparılıb”.






























