Qəribə hadisə: Pişik uçuş zamanı pilotlara “hücum” etdi

Az.shafaqna.com “Al Sudani”-yə istinadən xəbər verir ki, Sudanın “Tarco” aviaşirkətinin təyyarəsi Qətərin paytaxtına uçuş edərkən gözlənilməz səbəblə çıxdığı hava limanına – Xartum şəhərinə geri dönmək məcburiyyətində qalıb.

Buna səbəb isə pişiklə bağlı qəribə hadisə olub. Belə ki, həmin pişik pilotların kabinəsində peyda oub və pilotların üzərinə atılaraq onların təyyarəni idarə etməsinə mane olub.

Uçuşdan təxminən yarım saat keçəndən sonra isə təyyarənin geri dönməsinə dair qərar qəbul edilib.

İndi isə müvafiq qurumları pişiyin təyyarəyə necə daxil olduğunu müəyyən etmək gözləyir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş