Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra belə bir nəticəyə gəlib ki, “İsgəndər” ilə bağlı onu səhv məlumatlandırıblar və onun bəyanatı hərbi və hərbi-sənayə əməkdaşlıq sahəsindəki Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin məzmun və keyfiyyəti ilə bağlı olmayıb.
“Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidenti bu yaxınlarda baş tutan telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistan baş nazirinin Ermənistanın “İsgəndər” sistemindən istifadəsi ilə bağlı bəyanatını da müzakirə ediblər”, – deyə Paşinyanın mətbuat katibi Mane Gevorqyan bildirib.
Qeyd edilir ki, mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Paşinyan belə bir nəticəyə gəlib ki, həmin vəziyyətlə bağlı ona yanlış məruzə edilib.
“Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarındandır”, – deyə əlavə edilib.