Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə parlamentinin müstəqil deputatı Öztürk Yılmaz yeni partiya qurduğunu və ona başçılıq etdiyini bildirib.

CHP sədrinin keçmiş müavini Yılmaz 2018-ci ilin noyabrında azanın yenidən türkcə oxunmasına dair çağırışına görə partiyadan xaric edilib.

Onun qurduğu yeni partiyanın adı “Yenilik Partisi”dir və müxalif mövqelidir.