Azərbaycan vətəndaşları Gürcüstana karantinsiz səfər edəcək

Bu gündən Azərbaycan, Rusiya, Belarus, Ermənistan və Ukrayna vətəndaşları üçün ölkəyə daxil olmaq şərtləri sadələşdirilir.

Az.shafaqna.com bildirir ki, bu barədə qərarı bir müddət əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vermişdi.

Daha öncə həmin ölkələrin vətəndaşları yalnız tam vaksinasiya edildiklərinə dair sənədi təqdim etməklə Gürcüstana daxil ola bilərdilər.

İndi isə maksimum 72 saat öncə alınmış PSR testi verməklə, karantinsiz ölkəyə daxil olmaq imkanı veriləcək.

Quru sərhədlərində əvvəlki rejim hələ də qüvvədədir.

Bu məqaləni paylaş