Qamkrelidze Gürcüstanda 3-cü dalğanın ehtimalları haqda

Az.shafqna.com “interpressnews”-a istinadən xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze pandemiyanın 3-cü dalğasının baş vermə ehtimalı haqda danışıb.

“Əgər biz mart və apreli də indiki ehtiyatlılıqla keçirsək, 3-cü dalğanın olma ehtimalı azdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ölkədəki epidemioloji vəziyyət sabitləşməkdədir.

“Hazırda biz eniş dalğasındayıq, yəni ölkədəki epidemioloji vəziyyət sabitləşir. Əgər biz hər hansısa bir səhvə yol verməsək, bu cür də davam edəcək. Əgər yenidən böyük toylar və toplantılar keçirməyə başlasaq, infeksiya yayılacaq və müxtəlif mutasiyaya məruz qalmış ştamlar ola bilər. Ona görə də, deməli, bunun baş vermə ehtimalı var”, – deyə Qamkrelidze bildirib.

“2 ay – mart və aprel ən böyük ehtiyatlılıq tələb edir. Biz ehtiyatlı olmalıyıq”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş