
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə “Minskaya” metro stansiyasının yaxınlığındakı şübhəli əşya polis tərəfindən zərərsizləşdirilib.
Polisin məlumatına görə, şübhəli qutu kioskların birinin yanında olub.
“Təhlükəsizlik məqsədi ilə o, yerindəcə zərərsizləşdirilib”, – deyə qeyd edilib.
Hüquq-mühafizə orqanları ərazidə işləməyə davam edir, yaxınlıqdakı ərazilər də yoxlanılır.






























