Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, bu gün Tehranda İraq XİN başçısı Fuad Hüseyn və İran Milli Təhlükəsizlik üzrə Ali Komitəsinin baş katibi Əli Şəmxani arasında görüş baş tutub.
İraqlı nazir 27 fevral səhər saatlarında elan edilməmiş səfərlə İrana gəlib.
İkitərəfli münasibətlər, həmçinin regional gündəliyin aktual məsələləri müzakirə edilib.
Qeyd edək ki, görüş ABŞ Suriyaya endirdiyi son zərbəsinin fonunda baş verir.
Fuad Hüseyn səfəri zamanı digər iranlı rəsmilərlə də görüşəcək.
Xatırladaq ki, İraq XİN başçısı daha öncə 3 fevralda İrana səfər etmişdi və onunla İran XİN başçısı Məhəmməd Cavad Zərif, İran prezidenti Həsən Ruhani və digər rəsmilər arasında görüş baş tutmuşdu.
Bu məqaləni paylaş