Qızıl və gümüşün qiymətində UCUZLAŞMA

Əmtəə bazarlarında qızıl və gümüş üzrə fyuçerslərin qiymətində eniş qeydə alınıb.

“Az.shafaqna.com” birja məlumatlarına istinadən xəbər verir ki, “COMEX” əmtəə birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin bir troya unsiyasının (31,1 qram) qiyməti 0,95% azalaraq 4 162,3 ABŞ dollarına düşüb.

Eyni zamanda, “COMEX”də 2026-cı ilin dekabr ayı üçün gümüş fyuçerslərinin bir unsiyasının dəyəri 1,24% geriləyərək 60,42 ABŞ dolları təşkil edib.

Bu məqaləni paylaş