Koronavirus pandemiyasının yaratdığı geriləmədən sonra dünyada gözlənilən orta ömür uzunluğu yenidən əvvəlki göstəricilərə yaxınlaşıb.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında məlumat verilib.
Təşkilat 2000–2023-cü illər üzrə müxtəlif ölkə və regionlarda səhiyyə sahəsində baş verən dəyişiklikləri təhlil edib. Araşdırmada gözlənilən ömür uzunluğu, ölüm və xəstələnmə səviyyələri, eləcə də xəstəliklərin yayılma dinamikası nəzərdən keçirilib.
ÜST-nin məlumatına əsasən, 2023-cü ildə qlobal miqyasda gözlənilən orta ömür uzunluğu 73,3 yaş təşkil edib. Bu göstərici pandemiyadan əvvəlki səviyyəyə demək olar ki, çatıb. Bununla belə, insanların sağlam yaşadığı müddət hələ də 2019-cu ildəki göstəricidən aşağı olaraq qalır.
Qeyd olunub ki, hazırda dünyada ölüm hallarının 74%-i yoluxucu olmayan xəstəliklərlə bağlıdır. 2000-ci ildə isə bu xəstəliklərin ümumi ölümlərdə payı 58% olub.
Eyni zamanda, demensiya səbəbindən ölüm hallarının sayı üç dəfə artıb. Narahat