Az.shafaqna.com-un xəbərinə görə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti “hər gün öz xəyal dünyasında qalib gələ bilər, lakin reallığı xalqı, əsgərləri və raketləri ilə İran formalaşdırır”.
Rzayi “X” sosial şəbəkəsindəki paylaşımında əlavə edib ki, “ardıcıl məğlubiyyətlərdən sonra ABŞ tarixinin ən pis prezidenti fasiləsiz danışmaqda davam edir”. O qeyd edib ki, onun sözləri artıq illüziyalarını da üstələyir.
Oxşar kontekstdə, İran Müdafiə Nazirliyinin icraçısı briqada generalı Məcid İbn ər-Rza ötən cümə axşamı ABŞ administrasiyasını daxili böhranlarını və sahədəki çaşqınlığını pərdələmək cəhdlərini dayandırmağa çağırıb. O vurğulayıb ki, “Vaşinqtonun xəyali hərbi tamaşaları Ağ Evdə hökm sürən qarışıqlığı və çaşqınlığı gizlədə bilməyəcək”.
Açıqlamalarla eyni vaxtda İran İnqilab Keşikçiləri Kirpusu – SEPAH bəyanat yayıb.
SEPAH bəyanatında xalqı və Müqavimət Cəbhəsini dəstəkləyən xalqları əmin edib ki, Seyid Müctəba Xameneinin rəhbərliyi altında möhkəmlik və qətiyyətin zirvəsində dayanır. Qeyd olunub ki, hər hansı bir təhdid, təcavüz və ya ehtimal edilən hesablaşma xətasına dərhal və “Sadiq Vəd 2” əməliyyatından daha öldürücü cavab vermək üçün əllər tətikdədir.
