Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayı 8 300-ə, ölüm hallarının sayı isə 4 018-ə yüksəlib.
Az.shafaqna.com xəbər verir ki, epidemiyanın bəzi ərazilərdə zəifləməsinə dair əlamətlər müşahidə olunur. Belə ki, İturi və Haut-Uele əyalətlərində yeni təsdiqlənmiş yoluxmaların sayında azalma qeydə alınıb. Bununla belə, virus digər bölgələrdə yayılmaqda davam edir.
Səhiyyə qurumlarının bildirdiyinə görə, may ayında başlayan epidemiyaya Ebola virusunun nadir rast gəlinən “Bundibugyo” variantı səbəb olub. Hazırda bu varianta qarşı effektiv peyvənd mövcud deyil.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyada ölüm göstəricisinin yüksək olmasını xəstəliyin vaxtında müəyyənləşdirilməsi və yoluxan şəxslərin erkən tibbi yardıma çıxışında yaranan problemlərlə əlaqələndirib.