“Aİİ ölkələri qazı Avropadan beş dəfə ucuz alırlar”

Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrdə təbii qazın qiyməti Avropa bazarındakı göstəricidən təxminən beş dəfə aşağıdır.

Az.shafaqna.com xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa bazarında 1 000 kubmetr təbii qazın qiyməti təxminən 900 ABŞ dolları olduğu halda, Aİİ ölkələri eyni həcmdə qazı 200 dollardan aşağı qiymətə əldə edirlər.

Mişustin qeyd edib ki, qiymətlər arasındakı bu fərq ittifaq ölkələrinin iqtisadi inkişafı üçün əlverişli şərait yaradır və yüz milyonlarla dollar həcmində iqtisadi üstünlük təmin edir.

Rusiya hökumətinin başçısı bu vəziyyətin Aİİ çərçivəsində yaradılan vahid enerji bazarının fəaliyyətindən irəli gələn mühüm üstünlüklərdən biri olduğunu vurğulayıb.

Bu məqaləni paylaş