Lukaşenko: Belarus heç zaman Rusiyaya xəyanət etməyəcək

Belarus Rusiya ilə müttəfiqliyinə sadiq qalacaq və Moskvaya qarşı xəyanətə yol verməyəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko Belarusun Rusiyaya qarşı addım atmayacağını vurğulayıb.

“Bəli, münaqişənin müəyyən aspektləri ilə bağlı öz baxışım var. Lakin biz ümumi kursumuza sadiq qalacağıq. Rusiya rəhbərliyi qərar qəbul edərsə, baş verənlərlə bağlı öz anlayışımız olsa belə, biz həmişə sizinlə birlikdə olacağıq. Biz heç vaxt xəyanət etməmişik”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş