Bütün dünya İran xalqının dözümlülüyünə və cəsarətinə heyrandır.
Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Əlbəttə, bütün dünya baş verən hadisələri diqqətlə izləyir və İran xalqının cəsarətinə, qəhrəmanlığına və dözümlülüyünə, həmçinin həm dövlət idarəçiliyində, həm silahlı qüvvələrdə, həm də İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) ən yüksək səviyyədə olan böyük ‘ehtiyat heyətinə’ heyranlıqla yanaşır. Üstəlik, söhbət öz xalqı naminə fədakarlığa hazır olan insanlardan gedir”, – deyə prezident bildirib.
Bu məqaləni paylaş