Bakı-Tbilisi-Bakı qatarların hərəkət cədvəli yenilənəcək

Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.

Bu barədə “Az.shafaqna.com”a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata əsasən, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.

“Əlavə reyslərə biletlər bu gündən satışdadır”, – ADY-dən qeyd edilib.

Bu məqaləni paylaş