Polşadakı ABŞ hərbçilərinin sayı açıqlandı

Hazırda Polşada 7 min ABŞ hərbi qulluqçusu yerləşdirilib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, son illərdə Polşa ərazisindəki ABŞ hərbi kontingentinin sayı 6 minlə 10 min arasında dəyişib.

ABŞ hərbçiləri Polşada NATO-nun “İrəli Quru Qüvvələri” (Forward Land Forces) və “Atlantik Qətiyyət” (Atlantic Resolve) missiyaları çərçivəsində yerləşdirilib.

Bununla yanaşı, Polşa hakimiyyəti ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının yaradılmasına hazır olduğunu bəyan edib. Varşava belə bir bazanın ABŞ prezidenti Donald Trampın adını daşımasını təklif edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş