İtaliyada nəqliyyat, metallurgiya, təhsil, səhiyyə, bələdiyyə xidmətləri və digər sektorlarda çalışanların iştirakı ilə ümummilli tətil başlayıb.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, tətil iştirakçıları əməkhaqlarının yüksəldilməsi, yanacaq və ərzaq qiymətlərinin aşağı salınması, vergi yükünün yüngülləşdirilməsi, eləcə də İtaliya şirkətlərinin rəqabət qabiliyyətinin artırılması üçün tədbirlərin görülməsini tələb edirlər.
Məlumata əsasən, əksər sahələrdə tətilin bütün iş günü ərzində keçirilməsi planlaşdırılır. Dəmir yolu nəqliyyatında isə aksiya üç saat davam edəcək. Bu müddətdə qatarların hərəkətində gecikmələr və reyslərin ləğvi mümkündür.
İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi aksiyanı dövlət və özəl sektoru əhatə edən milli sahələrarası tətil kimi qiymətləndirib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının da tətilə qoşulması ehtimalı var.