Finlandiyada işsizlik səviyyəsi avqust ayında 10,3 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.
Az.shafaqna.com Avrostatın məlumatlarına istinadən xəbər verir ki, bu göstəriciyə görə İspaniya 10 faizlə ikinci, İsveç isə 8,7 faizlə üçüncü yerdə qərarlaşıb.
Məlumata görə, Finlandiya işsizlik səviyyəsinə görə 2025-ci ilin noyabrından etibarən Aİ-də ilk sıradadır.
Mütəxəssislər ölkədə işsizliyin yüksək səviyyəyə çatmasını iqtisadiyyatda uzunmüddətli tənəzzül və əmək bazarında həyata keçirilən struktur dəyişiklikləri ilə əlaqələndirirlər. Bildirilir ki, bu amillər ölkədə yeni iş yerlərinin yaradılması və işə qəbul prosesində ciddi çətinliklərə səbəb olub.
Bu məqaləni paylaş