Eritreya Efiopiya ilə diplomatik münasibətlərə xitam verdiyini açıqlayıb.
“Az.shafaqna.com” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Eritreya hakimiyyəti qərar qəbul edib.
Qərarın Efiopiyanın Eritreyadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırması və 10 eritreyalı diplomatı “persona non grata” elan etməsindən sonra verildiyi bildirilir.
Efiopiya Xarici İşlər Nazirliyi sözügedən addımları Eritreyanın “birbaşa və dolayı düşmənçilik xarakterli fəaliyyətləri və qarşıdurmacı mövqeyi” ilə əlaqələndirib.
Bu məqaləni paylaş