Qəzənfər Abdullayevin deputat mandatı ləğv edilib

Az.shafaqna.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə ölkə mediası məlumat yayıb.

Məlumata görə, qərar MSK-nın oktyabrın 1-də keçirilən növbəti iclasında qəbul olunub.

İclasa MSK sədri Çingiz Həsənli rəhbərlik edib.

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiqlənib.

Sonra Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Müraciət qanunvericiliyə uyğun qaydada araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu məqaləni paylaş