Az.shafaqna.com “The Times of India”-ya istinadən xəbər verir ki, Hindistanda ata-ana evin böyük övladının müalicəsinin xərclərini qarşılamaq üçün 12 yaşlı qızlarını pul müqabilində ərə veriblər.
Belə ki, ailə 46 yaşlı qonşuları ilə 10 min rupilik (təxminən 136 dollarlıq) “saziş” bağlayıblar. Bildirilir ki, həmin kişi uzun zaman idi onların qızı ilə evlənmək istəyirdi.
Toydan dərhal sonra kişi qızı öz qohumlarının yanına aparıb.
Tezliklə kişinin qonşuları səlahiyyətli orqanlara müraciət ediblər, çünki uşaq qışqırıq və ağlama səsləri eşitməyə başlayıblar.
Polis həmin kişinin barəsində cinayət işi başladıb və onu dindirir.
ETİKETLƏNDİ:Hindistan
Bu məqaləni paylaş