Oktyabrda səyyar “ASAN xidmət”in fəaliyyət göstərəcəyi ünvanlar

Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7-də Cəbrayılda, 1-14-də Samuxda və Lerikdə, 12-29-də Füzulidə, 16-29-də Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə “Az.shafaqna.com”a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Bu məqaləni paylaş