Türkiyə Mosuldakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə İraqda yerləşən hərbi bazanı Bağdada təhvil verəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Söhbət Mosul şəhərinin yaxınlığında yerləşən Başika-Zilkan hərbi obyektindən gedir.

Qeyd edilib ki, baza İraq tərəfi ilə razılaşdırılmış mexanizm və zaman çərçivəsində təhvil veriləcək.

Bu məqaləni paylaş