Türkmənistan prezidenti sevimli iti üçün bayram təsis etdi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “türkmən alabayı bayramının təsis edilməsinə dair” fərman imzalayıb.

Yeni bayram hər il qeyd ediləcək. Milli türkmən qaçağanı bayramı kimi o da aprelin son bazar günündə qeyd ediləcək.

Fərmanın mətninə əsasən, bayram “türkmən alabayının dünya şöhrəyinin artırılması, həmçinin milli itçiliyin inkişaf və təkmilləşdirilməsi məqsədi ilə” təsis edilir.

Türkmən alabayının şərəfinə ilk bayramı keçirmək Türkmənistan Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması Nazirliyi və “Türkmən Alabayları” Beynəlxalq Assosiyasiyasına tapşırılıb.

Bütün nazirliklər, yerli hakimiyyət orqanlarına bayramın təntənəli surətdə keçirilməsinə yardım etmək tapşırılıb.

Xatırladaq ki, daha öncə Türkmənistan prezidentinin təşəbbüsü ilə paytaxt Aşqabadda türkmən alabayına heykəl qoyulub. Prezidentin özü isə bu cins itlər barədə kitablar və şerlərin müəllifidir.

Bu məqaləni paylaş