
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib ki, son 10 gündə ölkədə koronavirusa yoluxma hallarının sayında artış müşahidə edilir.
O, bunun təhlükəli hal olduğunu deyib.
Onun sözlərinə görə, son ay ərzində sağalanların sayı 46, yoluxanların sayı isə 63-dür.
“Son günlər bizdə 10-11 yoluxma halı olub. Ümumilikdə, həftə ərzində ölkədə 63 yeni xəstələnmə halı və 46 sağalma olub ki, bu, təhlükəli indikatordur”, – deyə o qeyd edib.
Əvvəl sağalma saylarının yoluxma saylarından çox olduğunu deyən Qamkrelidze əlavə edib ki, “ötən həftə revers baş verib və hazırda yoluxanlar sağalanlardan çoxdur”.






























