Sepah anti-terror əməliyyatı keçirir: 6 terrorçu məhv edilib

İranın Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi anti-terror əməliyyatı zamanı 6 terrorçu şəxs məhv edilib.

“Az.shafaqna.com” İran mediasına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, öldürülən şəxslərin bölgədə terror aktları törətməyə hazırlaşdıqları müəyyən edilib.

Məlumata görə, Sepahın “Qüds” qoşunlarının terrorçulara qarşı əməliyyatı hazırda da davam etdirilir.

Bu məqaləni paylaş