Kazımeyn Ziyarətgahında ağacoyma sənətinin möcüzəsi – FOTO

Az.shafaqna.com xəbər veri ki, İmam Museyi Kazim (ə) və İmam Məhəmməd Cavadın (ə) müqəddəs ziyarətgahında  yerləşən “Həzrət Həmidə əl-Musəffa (s.ə)” zalı Şərq ağacoyma və nəqqaşlıq sənətinin bənzərsiz nümunələrini təqdim edir.

Kazimeyn Ziyarətgahı daxilində yerləşən bu xüsusi incəsənət məkanı zərif oyma və nəqqaşlıq işləri ilə zəvvarlar və qonaqlarda böyük heyranlıq doğurur. Divarları bəzəyən hər bir taxta lövhə ustad ustaların xüsusi dəqiqliklə həkk etdiyi tarixi və mənəvi səhnələri diri saxlayır.

“Naxışla başlayan hekayə, zərifliklə tamamlanan gözəllik”

Ağacoyma ustalarının bədii təfəkkürünü əks etdirən zal haqqında ziyarətgah rəhbərliyi qeyd edir: “Həzrət Həmidə əl-Musəffa zalında hekayə həkk olunmuş naxışlarla başlayır, gözəllik isə incə bəzəklərlə kamala çatır.”

İşıqlandırma və klassik interyer dizaynının vəhdətdə təqdim olunduğu bu məkanda İslam memarlığının ənənəvi xəttatlıq və relyefli oyma sənəti yaşadılır. Zalı gəzən ziyarətçilər həm mənəvi sakitlik tapır, həm də əsrlər boyu formalaşmış sənətkarlıq irsinin canlı şahidinə çevrilirlər.

Bu məqaləni paylaş