Pezeşkian Ayətullah Şübeyri Zəncaninin yas məclisinə gəldi

Az.shafaqna.com xəbər verir ki, böyük mərcə təqlid Ayətullah Şübeyri Zəncaninin növbəti anım mərasimi bu gün günortadan sonra (çərşənbə) Tehranın Şəhid Mütəhhəri Ali Mədrəsəsinin məscidində keçirilib.

Mərasimə nüfuzlu din və dövlət xadimləri də qatılıb.

İran Prezidenti Məsud Pezeşkian da məclisə gələrək böyük alimin ailəsi, tələbələri və müqəllidlərinə başsağlığı verib.

Bu məqaləni paylaş