Gürcüstanın həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 199 nəfərdir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin avqust ayı üzrə açıqladığı hesabatda qeyd olunub.
Hesabata əsasən, saxlanılan Azərbaycan vətəndaşlarından 64 nəfəri təqsirləndirilən şəxsdir. Onların 57-si kişi, 7-si qadındır. Məhkumların sayı isə 135 nəfər təşkil edir ki, bunlardan 118-i kişi, 17-si qadındır.
Bundan başqa, Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı 76 nəfərdir. Onların 67-si kişi, 9-u qadındır.
Ümumilikdə isə Gürcüstanın həbsxanalarında 1 741 xarici ölkə vətəndaşı saxlanılır. Probasiya nəzarətində olan əcnəbilərin sayı isə 716 nəfərdir.
Bu məqaləni paylaş