IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Dördüncü MDB Oyunlarının 2027-ci ildə Qırğızıstanda təşkili ilə bağlı qərar qəbul edilib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının toplantısında məlumat verilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Türkmənistanın nümayəndələri, həmçinin MDB Oyunlarının İcraiyyə Komitəsinin təmsilçiləri iştirak ediblər.

Görüş zamanı aparılan müzakirələrin yekununda növbəti, 4-cü MDB Oyunlarının 2027-ci ildə Qırğızıstanda keçirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, III MDB Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Bu məqaləni paylaş