Gürcüstan daha 84 nəfəri deport edib

Son günlər Gürcüstanda 84 xarici vətəndaş deportasiya olunub. Deportasiya edilənlər arasında Azərbaycan vətəndaşları da yer alıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin digər aidiyyəti qurumları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tayland, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər ölkələrin vətəndaşlarını Gürcüstandan çıxarıblar.

Qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına məhdudiyyət qoyulub.

Nazirliyin məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən Gürcüstandan deportasiya edilən xarici vətəndaşların sayı 3 mini ötüb.

Bu məqaləni paylaş