Gürcüstanda koronavirus: Sağalma sayı yoluxmanı keçdi

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına  373 yoluxma halı qeydə alınıb, sağalanların sayı –  542, ölənlərin sayı 14 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə  270510 nəfər koronavirusa yoluxub, 264589 nəfər sağalıb, 3499 nəfər isə vəfat edib.

Hazırda 332  karantin rejimində, 1481 nəfər xəstəxanada, 164 nəfər isə COVİD 19 otelindədir.

Bu məqaləni paylaş